"Füzuli” Beynəlxalq Hava Limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.
Bildirilib ki, 20-25 avqust tarixlərində "Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilir.
Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.
Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !