"Azərbaycan Hava Yolları” (AZAL) sentyabrın 15-dən Bakı-Kişinyov reyslərinə başlayacaq.Bu barədə AZALməlumat yayıb.
"Bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək", - aviaşirkətin açıqlamasında bildirilir.
Artıq bu istiqamətdə biletlərin satışına başlanılıb və onu aviaşirkətin www.azal.az saytında, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !