• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

AZAL Sofiya şəhərinə ilk reysini həyata keçirib

AZAL Sofiya şəhərinə ilk reysini həyata keçirib
07.06.2024 18:31

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bolqarıstanın paytaxtı Sofiya şəhərinə ilk reysini həyata keçirib.Bu barədə AZAL-ın məbuat xidmətindən bildirilib.

Məlumata görə, aviaşirkətin ilk reysinin gəlişi münasibətilə Sofiya Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, "SOF Connect” şirkətinin baş direktoru Hesus Kabalyero, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycan və Bolqarıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, reyslərin yerinə yetirilməsi zəngin tarixə malik iki ölkə arasında turizmin inkişafı və mədəni mübadilə üçün yeni imkanlar yaradacaq.

Bakı-Sofiya-Bakı marşrutu üzrə uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq ölüb
Cəmiyyət 22:34
Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq ölüb
Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törədib
Cəmiyyət 22:22
Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törədib
Türkiyədə zəlzələ olub
Cəmiyyət 21:52
Türkiyədə zəlzələ olub
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 21:07
Sabah bu ərazilərdə işıq olmayacaq
Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Cəmiyyət 19:37
Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:22
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb
Cəmiyyət 18:10
Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb
Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:06
Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb
Sumqayıtda 19 nəfər zəhərlənib - Bakterial qida zəhərlənməsi
Cəmiyyət 17:33
Sumqayıtda 19 nəfər zəhərlənib - Bakterial qida zəhərlənməsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol