• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verir

AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verir
02.09.2024 13:37
"Azərbaycan Hava Yolları” aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək və sərnişinlərinə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq. Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti bildirib.

Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.
Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın. "Azərbaycan Hava Yolları” ilə yeni üfüqlər kəşf edin!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol