• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır
20.06.2021 17:30
20 iyun 2021-ci il, Bakı - 11 iyul tarixindən "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, qeyd olunan marşrut üzrə uçuşlar hər həftənin bazar günləri həyata keçiriləcək.

Biletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları 21 iyun tarixindən etibarən aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:

- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə sertifikat;
- həmçinin uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.
18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava yolu ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər, bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.

Bu istiqamət üzrə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel.
Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib: https://www.azal.az/az/information/covid-clinics.
Sərnişin Tel-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş klinika və ya laboratoriyalardan hər hansı birində verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdir edən QR-kodunun olması arzu ediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyətlərdən daha sürətli keçməyə kömək edəcək.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
İqtisadiyyat 13:03
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq
İqtisadiyyat 10:55
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq

Bakı Limanında konteyner daşımaları 30% artıb
İqtisadiyyat 10:02
Bakı Limanında konteyner daşımaları 30% artıb

Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
İqtisadiyyat 09:57
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
"Brent" bahalaşıb
İqtisadiyyat 09:32
"Brent" bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
İqtisadiyyat 16:48
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
İqtisadiyyat 15:35
Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
iTicket artıq ABB mobile-da!
İqtisadiyyat 15:21
iTicket artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol