AZAL yeni təyyarələr alır

10:39 | 12.08.2014
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2015-ci ilin yazında "Boeing-787 Dreamliner" təyyarələrini əldə edəcək.Bunu Trend-ə QSC-dəki mənbə deyib. QSC daha əvvəl "Boeing" şirkətindən qeyd edilən modeldən 2 təyyarə sifariş etmişdi.Daha əvvəl AZAL-ın ilk "Dreamliner"i 2014-cü ilin iyun-iyul aylarında, ikincisini isə noyabrda alacağı təxmin edilirdi.Mənbə qeyd edib ki, plana əsasən, təyyarələr ölkəyə qısa vaxt aralığı ilə 2015-ci ilin yazında gəlməlidir.Hazırda AZAL-ın təyyarə parkı "Boeing 757-200", "Boeing 767-300", "Airbus 319", "Airbus A320", "Airbus A340-500", "Embraer ERJ 170-100LR" və "Embraer ERJ 190-100" avialaynerlərindən ibarətdirANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti