Türkiyənin "Trabzonspor" klubunun azarkeşləri məşhur şoumen Cem Yılmazı boykot etmək üçün kampaniya başladıb.
Avropa.info-nun məlumatına görə, Cem Yılmaz "Fənərbaxça" futbol klubuna dəstək üçün "Ədalətə fənər yandır" kampaniyasına qoşulub. "Fənərbaxça" nın isə "Trabzonspor" klubu ilə oyunu olub.
Şoumenin rəqib komandaya dəstəyi azarkeşləri özündən çıxarıb. Qara dəniz kulubunun azarkeşləri bunun əvəzini Cem Yılmazdan səhnədə almaq üçün hərəkətə keçib.
Belə ki, Yılmazın "Pek Yakında" filmi yaxın günlərdə göstəriləcək.
Azarkeşlər isə filmi izləməmək kampaniyası başladıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !