Azarkeşlər Con Toşak və Tuyqun Nadirovu istefaya səslədi

18:44 | 22.11.2013
Azarkeşlər Con Toşak və Tuyqun Nadirovu istefaya səslədi

Azarkeşlər Con Toşak və Tuyqun Nadirovu istefaya səslədi

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Benjamin Toşak yenə istefaya çağırılıb. Futbol11.az-ın yaydığı xəbərə görə, “Bakı”nın ilk qolundan sonra azarkeşlər baş məşqçini yenə istefaya səsləyiblər. Azarkeşlər baş məşqçi Con Toşakla yanaşı vitse-prezident Tuyqun Nadirovu da istefaya çağırıblar.İstefa sədaları mütəmadi olaraq, davam edib.Yeri gəlmişkən, "Xəzər Lənkəran"ın bugünkü oyununu Türkiyə millisinin sabiq məşqçisi Oğuz Çətin də canlı izləyib.“Xəzər Lənkəran”ın yeni baş məşqçisi olacağı iddia edilən 50 yaşlı mütəxəssis matça VİP lojadan baxıb.Qeyd edək ki, “Fənərbaxça”nın əfsanələrindən olan Çətin hazırda işsizdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM