Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı tribunalardan "hökumət istefa” şüarlarının səslənməsindən sonra "Beşiktaş” Gimnastika Klubunun (BJK) üzvlüyündən istefa verib.
Bu barədə MHP-nin sədr müavini İsmail Özdemir bəyanat yayıb.
"Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində 44 mindən çox vətəndaşımızın şəhid olduğu fəlakətdən sonra futbol matçlarını izləmək bəhanəsi ilə tribunaları qıcıqlandıran bəzi hərəkətlər şəhidlərimizə və millətimizə böyük hörmətsizlikdir.
Bu gün baş tutan "Beşiktaş” – "Fraport TAV Antalyaspor” matçında zəlzələ şəhidlərimizə sistematik hörmətsizlik Beşiktaş və onun milli mənəvi dəyərlərinə yaraşmadı.
Partiyamızın sədri bu gündən etibarən "Beşiktaş” üzvlüyündən istefa verib”, - deyə Özdemir bildirib.
Daha əvvəl eyni hal "Fənərbaxça" - "Konyaspor" matçında da yaşanıb.
Bu tipli şüarlardan sonra MHP lideri Dövlət Baxçalı sosial media hesabından açıqlama verərək səlahiyyətliləri tədbir görməyə çağırıb:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !