“AZCLOUD Hackathon 2019″ müsabiqəsində qeydiyyatın bitməsinə sayılı günlər qaldı

17:51 | 22.07.2019
“AZCLOUD Hackathon 2019″ müsabiqəsində qeydiyyatın bitməsinə sayılı günlər qaldı

“AZCLOUD Hackathon 2019″ müsabiqəsində qeydiyyatın bitməsinə sayılı günlər qaldı

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin təşkilatçılığı, "Azercell Telekom” MMC, "R.I.S.K Company”, "TrendMicro” və "Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə  biznesin idarə olunması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması mövzusunda təşkil olunan "AZCLOUD Hackathon 2019″ müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb. Müsabiqənin əsas məqsədi İT sahəsinə marağı olan kreativ, biznes yönümlü və analitik düşüncəli gənclərə qabaqcıl İT şirkətləri ilə əlaqələr qurmaq və ideyalarını reallaşdırmaq üçün imkan yaratmaqdır.

Bu il "AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan Bakı Olimpiya Stadionunda baş tutacaq. Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. Komandalar qeydiyyatdan keçdikdən sonra, xüsusi hazırlanmış kiçik tapşırığı yerinə yetirməlidirlər. Bu mərhələni keçən komandalar yarışmaya qatılmağa dəvət ediləcəklər. İnnovativ xidmət və layihələrin rellaşdırılması ideyasını daşıyan "AZCLOUD Hackathon 2019” müsabiqəsində iştirakçılar  təxminən 48-72 saatlıq müddət ərzində verilən texniki tapşırıq üzrə yeni həlli müəyyən edib, münsiflər heyətinə təqdim etməlidirlər. Müsabiqə üzrə qalib komanda isə 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.
Xatırladaq ki, yarışmaya qatılmaq istəyən komandalar artıq iyul ayının 1-dən başlayaraq müsabiqənin rəsmi səhifəsində ((www.h.azcloud.az/reg) qeydiyyatdan keçirlər.  Müraciətlərin son qəbul tarixi iyul ayının 31-dir.   
 
Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələri izləyib, yerləşdirilən məlumatları  paylaşa bilərsiniz:

Veb səhifə: https://h.azcloud.az/
Facebook: https://www.facebook.com/h.azcloud/
Facebook event: https://www.facebook.com/events/321974052068942/
YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM
Instagram: https://www.instagram.com/h.azcloud/
Telegram: https://t.me/h_Azcloud
 
"Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Qeyd edək ki,  "Azercell Telekom” MMC daim gənclərinin potensiallarının üzə çıxarılması, onların təqdim etdiyi innovativ həllərin reallaşdırılması məqsədilə təşkil edilən layihələrin həyata keçməsinə dəstək olur. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM