​Azəbaycanda güclü zəlzələ gözlənilir?

19:24 | 17.05.2017
​Azəbaycanda güclü zəlzələ gözlənilir?

​Azəbaycanda güclü zəlzələ gözlənilir?

"Zəlzələnin olub-olmaması ilə bağlı heç kim öncədən dəqiq proqnoz verə bilməz”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, Azərbaycan seysmoaktiv bölgədə yerləşdiyinə görə, ölkəmizdə müəyyən vaxtlarda zəlzələ baş verir:

"Sonuncu dəfə Azərbaycanın Saatlı bölgəsində baş verən zəlzələ hiss olundu. İnsanlarda narahatlıq hiss olundu. Azərbaycanda hər gün hiss olunmayan xırda təkanlar müşahidə olunur. Yəni, burada qeyri-adi heç nə yoxdur. Ərazi üçün xarakterik olan bir şeydir. Maqnitudası 3-dən yuxarı olan bütün zəlzələlər barədə ictimaiyyətə məlumat verilir. Bununla bağlı ciddi narahatlığa ehtiyac yoxdur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM