May ayında Azərbaycaqda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanıb.
AzNews.az xəbər verir ki, İcbari Sığortalar Bürosundan fins.az-a verilən məlumata görə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 26 400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 960 manat sığorta haqqı toplanıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,29% artım olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !