Azər Qasımov bildirib ki: "Qanun hər kəsə şamil edilir. Prokurorluq əməkdaşlarının "Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparması və digər hüquqi prosedurlar Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Buna heç kəsin şübhəsi olmasın”.
Dekabrın 26-da "Azadlıq” radiosunun Bakı bürosunun "Kaspian Plaza”da yerləşən ofisində axtarış aparılıb və sonda ofisin qapısı möhürlənib. Prosesi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparıb. Bunun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində açılmış cinayət işi ilə bağlı olduğu bəyan edilib. Dekabrın 27-dən "Azadlıq” radiosunun əməkdaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində çağırılıb şahid qismində dindirilir. //mediaforum.az
Bizi sosial şəbəkələrdə izləyin !