Dövlət bankı Azər Türk Bank yeni "Gül kimi” adlanan marketinq konsepsiyası çərçivəsində müştərilərinə növbəti müjdəsini verir. Beləliklə,14 sentyabr tarixindən başlayaraq Madame Coco və Dekoria mağazalarında alış-veriş edənlərə Bank millli valyutada, sərfəli faizlə, zaminsiz kredit təklif edir. Müştərinin arzusu ilə 3 aydan 2 ilədək müddətə Azər Türk Bankın "Mərkəz” filialında rəsmiləşdiriləcək kreditin məbləği 300-5000 manat arası dəyişə bilər. Qeyd edək ki, rəsmi gəliri olan hər bir müştəri alacağı malın ödənişi üçün kredit əldə etmək istəyini mağaza menecerlərinə bildirməyi kifayətdir.
22 ildir fəaliyyət göstərən "Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !