Azəravtoyol: "Sovetski"də 40 hektar ərazi boşaldılıb

11:12 | 22.02.2018
Azəravtoyol:

Azəravtoyol: "Sovetski"də 40 hektar ərazi boşaldılıb

2017-ci ildə 40 kənd və qəsəbələrarası layihəyə qarşı 52 kəndlərarası və Bakı şəhəri qəsəbələrarası avtomobil yolları layihəsi uğurla başa çatdırılıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki, "Sovetski"də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb:

"6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri verilmiş tapşırıqlara uyğun olaraq kollektivimiz tərəfindən idman arenalarına və qeyri-yarış obyektlərinə gedən yollarda 45,8 min kvadratmetr sahədə təmir və tikinti işləri aparılıb. Həmin yollar boyu 230 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, İslam Həmrəyliyi Oyunlarının 562 ədəd loqosu asfalt-beton üzərinə çəkilib, 178,1 min kvadratmetr sahədə boya ilə xətlənmə işləri yüksək keyfiyyətlə yerinə yetirilib”.

O qeyd edib ki, 400 ədəd su baryerləri və 206 ədəd hər biri 3 metr uzunluğunda olan dəmir-beton mühafizə səddi düzülərək avtobusların marşrutlar üzrə nizamlı hərəkəti təmin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti