“Azerbaijan Art Festival” artıq Qərb bölgəsində

12:43 | 17.07.2014
“Azerbaijan Art Festival” artıq Qərb bölgəsində

“Azerbaijan Art Festival” artıq Qərb bölgəsində

“Nar Mobile” mobil operatorunun dəstək verdiyi layihə bölgələrdə böyük maraqla qarşılanır 

2-30 iyul 2014-cü il tarixləri arasında “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Baku Creative Center” yaradıcılıq mərkəzi tərəfindən reallaşdırılan “Azerbaijan Art Festival – 2014” layihəsi ölkədə böyük maraqla qarşılanır. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən layihənin Cənub bölgəsindəki hissəsini uğurla başa vurmuş gənc rəssamlar artıq Qərb rayonlarına təşrif gətiriblər. 

Qeyd edək ki, “Nar Mobile” mobil operatorunun səyi nəticəsində ardıcıl olaraq ikinci il keçirilən festival çərçivəsində gənc azərbaycanlı rəssamlar tərəfindən ölkənin müxtəlif bölgələrinə səfərlər edilir, sərgi və ustad dərsləri təşkil olunur, yüksək performans nümayiş etdirilir. Xoş ənənəni davam etdirən gənc rəssamlar bu il ardıcıl olaraq Astara (2-4 iyul), Lerik (4-6 iyul), Yardımlı (6-8 iyul), Lənkəran (8-10 iyul), Bərdə (10-12 iyul), Goranboy (13-15 iyul), Gəncə (15-17 iyul), Şəmkir (17-19 iyul), Qazax (20-22 iyul) və Ağstafada (22-24 iyul) olacaq, sərgi və dərslər təşkil edəcəklər. Bu il festival daha interaktiv bir şəraitdə keçirilir. Belə ki, ustad dərslərdə sənətə marağı olan hər kəs yaradıcılıq prosesinin şahidi olmaqla yanaşı, həm də dərs zamanı hazırlanan kiçik sənət nümunəsini özü ilə apara bilir. “Azerbaijan Art Festival” səfərlərinin mütəmadi olaraq təşkil edilməsi rəssamlıq sənətinin bölgələrdə təşviqi baxımından böyük önəm daşıyır. 

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və onların rəğbətini qazanmışdır. Mobil operator münasib danışıq tarifləri ilə yanaşı, müxtəlifliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouminq təklifləri ilə abunəçilərin etimadını doğrultmuşdur. Xatırladaq ki, “Nar Mobile” mobil operatoru abunəçilərinə bölgələrdə ünsiyyəti daha sərfəli edən “Sənin 3-ün” tarifini də təklif edir. Bu tarifə qoşulan hər bir istifadəçi bölgələrdə bütün Azərbaycanla dəqiqəsi 3 qəpiyə danışmaq imkanı əldə edir.    

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti