Azərbaycan 100 iranlı məhbusu azad edəcək

11:23 | 22.04.2014
Azərbaycan 100 iranlı məhbusu azad edəcək

Azərbaycan 100 iranlı məhbusu azad edəcək

Azərbaycan ölkədə həbsdə olan 100 iranlı məhbusun yaxın gələcəkdə azad edilməsini planlaşdırıb. 
SalamNews-un verdiyi xəbərə görə, bunu Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov deyib.
O, İranın Ərdəbil əyalətinə səfəri çərçivəsində iranlı məhbusların azad ediləcəyinin birtərəfli şəkildə həyata keçiriləcəyini bildirib.
Səfir Azərbaycanda həbsdə olan bütün İran məhbusları barədə verilən hökmlərin İranın aidiyyatı orqanlarına bildirilidiyini, gələn həftələrdə 100 İran vətəndaşının azad ediləcəyini söyləyib.
C.Axundov iki ölkə əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsinin zəruriliyini bir daha vurğulayıb.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM