2023-cü ilin yanvar-noyabrında Azərbaycana ərzaq idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 5,2% artaraq 1 milyard 978 milyon 667,8 min dollar olub, Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Ərzaq idxalının strukturunda əsas yeri buğda 1 milyon 94 min 975,23 ton (azalma 6,2%) və ya 283 milyon 377,8 min dollar təşkil edib. Qarğıdalı idxalı 65 min 552,59 ton (artım 6,8 faiz) və ya 19 milyon 375,23 min dollar, çəltik - 50 min 959,01 ton (artım 5,7%) və ya 46 milyon 378,03 min dollar, çay - 12 min 477,11 ton (azalma 5,2%)və ya 64 milyon 771,51 min dollar, meyvə-tərəvəz - 3692 min ton (azalma 8,6%) və ya 200 milyon 831,3 min dollar, ət - 38 min 286,67 ton (azalma 0,2%) və ya 78 milyon 555,98 min dollar, bitki və heyvan mənşəli yağlar - 137 min 601,82 ton (3,7% artım) və ya 171 milyon 3,19 min dollar təşkil edib.
Azərbaycana kərə yağı idxalı 83 milyon 505,01 min dollar və ya 14 min 916,24 ton (azalma 11,9%) təşkil edib.
Bütövlükdə hesabat dövründə Azərbaycana idxal olunan bütün idxalın 12,51%-ni ərzaq məhsullarının üzərinə düşüb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !