Azərbaycan ötən il müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə təhvil verib.
Anews.az Milliyet-ə istinadla xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi yayıb.
İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəyə 32 ölkədən 108 nəfər ekstradisya olunub. Almaniya birinci sıradadır. Bu ölkə il ərzində müxtəlif cinayətlərdə təqsirləndirilən 17 nəfəri Türkiyəyə təhvil edib.
2017-ci ildə Gürcüstandan 13, Azərbaycandan 11, Şimali Kipr Türk Cümhuriyyətindən 10, Bolqarıstan, Rumıniya, Səudiyyə Ərəbistanı və Ukraynanın hər birindən 4 nəfər Türkiyəyə ektradisiya edilib.
Ötən il ilk dəfə olaraq, Peru, Kosovo, Monteneqro, Myanma, Tayland, Malayziya və Çin də şübhəliləri rəsmi Ankaraya təhvil verib.
DİN-nin Təhlükəsizlik Baş İdarəsindən bildirilib ki, 2017-ci ildə Türkiyə 21 şübhəli şəxsi öz ölkələrinə ekstardisiya edib.
Məlumata görə, rəsmi Ankara Azərbaycan və İspaniyanın hər birinə 3 nəfər, Tacikistan, İngiltərə, İsveçin hər birinə 2, Bolqarıstan, Qazaxıstan, Fransa, Mərakeş, Makedoniya, Paraqvay, Avstriya, Almaniya və Serbiyaya isə 1 şübhəli təhvil verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !