Baş
nazir Əli Əsədovun sədrliyi ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair
Milli Prioritetlər”ə uyğun olaraq "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın
hazırlanması məqsədilə
yaradılmış Komissiyanın ilk iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti
tərəfindən 2 fevral 2021-ci il tarixli "Azərbaycan
2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış
Sərəncamda Hökumətə "2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf
strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar,
habelə yaradılmış Komissiyanın
10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası,
hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !