Təməli qoyulan şirkətlə 1 milyon tona yaxın karbon emissiyasının qarşısı alınacaq- Nazir

15:45 | 04.06.2024
Təməli qoyulan şirkətlə 1 milyon tona yaxın karbon emissiyasının qarşısı alınacaq- Nazir

Təməli qoyulan şirkətlə 1 milyon tona yaxın karbon emissiyasının qarşısı alınacaq- Nazir

Bu gün Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti ilə təməli qoyulan 3 elektrik stansiyası 1 milyon tona yaxın karbon emissiyasının qarşısının alınmasına imkan verəcək. Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Azərbaycan və BƏƏ-nin münasibətlərindəki qardaşlıq, dostluq və strateji tərəfdaşlığın sinerjisinin gücü ilə daha bir tarixi uğura nail olundu. 445 MVt gücündə Biləsuvar GES, 315 MVt gücündə Neftçala GES və 240 MVt gücündə Abşeron-Qaradağ KES-in təməlinin qoyulması Azərbaycanın "yaşıl enerji" sahəsində bir ilk olmaqla yanaşı, COP-a ev sahibliyi edən ölkələr olaraq Yasıl Dünya Naminə həmrəyliyimizin və enerji keçidinə sadiqliyimizin də parlaq göstəricisidir",- nazir bildirib. 

 Nazir qeyd edib ki, illik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisinin istehsalı, 496 milyon kubmetr təbii qaza qənaət, həmçinin 1 milyon tona yaxın karbon emissiyasının qarşısının alınması bu stansiyaların dayanıqlı inkişafa gələcək töhfələridir. 
 
2022-ci il 15 mart tarixində Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.

Bu Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. 

Memorandum çərçivəsində, "Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Energetika Nazirliyi ilə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.

 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM