​Azərbaycan 4,8 mlrd. dollar qazanıb

12:35 | 13.08.2015
​Azərbaycan 4,8 mlrd. dollar qazanıb

​Azərbaycan 4,8 mlrd. dollar qazanıb

 Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ilin yanvar-iyul ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" layihələri üzrə gəlirlərini açıqlayıb.

 "Report"un qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu ilin 7 ayında Fond "AÇG" yataqlar blokundan 4 602 mln. ABŞ dolları, "Şahdəniz" qaz yatağından isə 217 mln. dolları həcmində gəlir əldə edib.

Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" bloku üzrə əldə olunan ümumi gəlirlər 114 752 mln. dollar, "Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlər isə 2007-ci ildən etibarən 2 337 mln. dollar olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti