Azərbaycan "Cənub qaz dəhlizi” layihəsinin üç bəndində iştirakını qismən maliyyələşdirmək üçün 7 milyardın cəlb edilməsinə dair danışıqlar aparır.
Oxu.Az kavkasia.net-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Dövlət Neft şirkətinin (SOCAR) investisiyalar idarəsinin rəis müavini Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, potensial kreditorlar arasında – Avropanın Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı, özəl Banklar var.
""Cənub qaz dəhlizi” layihəsi 45 milyard dollar məbləğində dəyərləndirilib, onlardan Azərbaycanın payı 14 milyarddan, o cümlədən də daxili borclar hesabına 7 milyard dollardan ibarətdir”, - Qəhrəmanov deyib.
O, bildirib ki, bu layihə çərçivəsində Avropaya ildə 10 milyard kubmetr qaz, Türkiyəyə ildə 6 milyard kub metr qazın tədarükü nəzərdə tutulub.
"Qaz alıcıları ondan öz istəklərinə uyğun olaraq istifadə edə bilərlər. Bu ölkələrin daxili qanunlarından asılı olaraq onlar istədikləri halda bu qazı ixrac da edə bilərlər. Doğrudur, Türkiyənin cari qanunvericiliyi bu əməliyyatlara izn vermir”, - Z.Qəhrəmanov bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !