Azərbaycan 80-ci oldu - REYTİNQ

15:31 | 29.10.2014
Azərbaycan 80-ci oldu - REYTİNQ

Azərbaycan 80-ci oldu - REYTİNQ

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business 2015” hesabatında Azərbaycan 189 ölkə arasında 80-ci yerdə qərarlaşıb.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki,  “Doing Business”in saytında yerləşdirilmiş hesabata əsasən xəbər verir ki, Azərbaycan ötən il üç uğurlu islahat həyata keçirib. Bu islahatlar biznesin başlanması, əmlakın qeydiyyatı və vergilərin ödənilməsi sahələrini əhatə edib.Bəzi indikatorlar üzrə Azərbaycan qlobal reytinqdə öz yerini yaxşılaşdırıb. Xüsusilə, “mülkiyyətin qeydiyyatı” indikatoru üzrə Azərbaycan 10-cu, “vergilərin ödənilməsi” üzrə 33-cü, “tikintiyə icazənin alınması” üzrə 150-ci, “elektrik enerjisinin əldə edilməsi” üzrə 159-cu, “sərhəd yaxınlığında ticarət” indikatoru üzrə isə 166-cı yerdə qərarlaşıb.Qeyd edək ki, “Doing Business 2014” hesabatında Azərbaycan “vergilərin ödənilməsi” indikatoru üzrə 77-ci, “beynəlxalq ticarətin aparılması” üzrə 168-ci, “müqavilələrin icrası” üzrə 28-ci, “mülkiyyətin qeydiyyatı” üzrə 13-cü, “biznesin başlanması” üzrə 10-cu, “tikintiyə icazənin alınması” üzrə 180-ci, “kreditlərin alınması” üzrə 55-ci, “səhmdarların hüquqlarının qorunması” üzrə 22-ci, “elektrik enerjisinin əldə edilməsi” üzrə 181-ci, “borcunu ödəyə bilməməklə bağlı problemlərin həlli” indikatoru üzrə 86-cı yeri tutub.Onu da əlavə edək ki, “Doing Business 2015”-də ilk yeri Sinqapur tutur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM