Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ABŞ-da hind quşları arasında H5N2 "quş qripi" virusunun sürətlə yayılmasına dair məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti idxal həyata keçirdiyi ölkənin epizodik vəziyyətini Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) verdiyi məlumatlar əsasında öyrənir: "Orada epizodik vəziyyət sabitdirsə, həmin ölkədən heyvan mənşəli məhsulların idxalına icazə verilir. Hazırda ölkəyə Türkiyə, Braziliya və ABŞ-dan quş əti idxal edilir. Xəstəlik qeydə alınıbsa, məlumat bizə daxil olacaq. ABŞ-ın ərazisi böyükdür. Biz məhsul aldığmız ərazidə xəstəlik yaranıbsa, şübhəsiz ki, biz idxalı dayandıracağıq".
ABŞ Kənd Təsərrüfatı Nazirliyi elan edib ki, ölkədə ən iri hind quşu tədarükünü həyata keçirən fermalardan birində H5N2 "quş qripi" virusu aşkar edilib. Xəstəlik Minnesota ştatının Strens dairəsində qeydə alınıb. Hazırda təsərrüfat karantinə alınıb. Bu ferma ştatda böyüklüyünə görə ikinci təsərrüfatdır. Fermada ümumilikdə 39 min quş var. Onların bəziləri artıq ölüb. Qalanları isə virus yayılmasın deyə məhv ediləcək.
Minnesota ABŞ-da quş əti istehsalı üzrə ən böyük ştat hesab edilir. Artıq ştatın üç fermer təsərrüfatında bu xəstəlik aşkar edilib. Təhlükəli virus Missuri, Arkanzas, Kanzas və Oreqonda da aşkarlanıb. Dörddən artıq ölkə Amerikadan hindquşu ətinin idxalını dayandırmaq məcburiyyətində qalıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !