Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək

09:26 | 07.11.2015
Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək

Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək

Tədbirə 15 ABŞ şirkətinin qatılacağı gözlənilir.

Bakıda Azərbaycan - Amerika Birləşmiş Ştatları işgüzar görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") Oxu.Az-a verilən məlumata görə, noyabrın 19-da ABŞ iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri baş tutacaq.

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək.

Tədbirə tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik,  yanğınsöndürmə texnologiyaları, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 ABŞ şirkətinin qatılacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti