ANN.Az ARDNŞ-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Albaniyanın Baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib.
Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Transadriatik qaz boru kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.
Azərbaycan və Albaniya hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !