Azərbaycan alimləri dünyada ilkə imza atdı

16:42 | 17.01.2014
Azərbaycan alimləri dünyada ilkə imza atdı

Azərbaycan alimləri dünyada ilkə imza atdı

Azərbaycan alimləri dünyada ilk dəfə olaraq planetdəki palçıq vulkanlarının atlasını hazırlayıblar.Bu atlasın hazırlanması zamanı dünyadakı palçıq vulkanları ilə bağlı yeni məlumatlar da əldə edilib. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.İndiyə qədər dünya üzrə belə atlasın olmadığını deyən A.Əliyev deyib ki, məlumatların yenilənməsi zamanı əsas mənbə kimi dünyadakı elmi ədəbiyyat götürülüb.Alimin sözlərinə görə, əvvəllər dünyada 700-800, daha sonra isə 900 palçıq vulkanının olduğu hesab edilirdi. Həmin vulkanların 300-ü Azərbaycanda idi. Atlasın hazırlanması zamanı aparılan tədqiqatlar nəticəsində isə məlum olub ki, hazırda dünyada 2000-dən artıq palçıq vulkanı var: "Dünya elminə bu rəqəmi biz vermişik. Qabaqlar çox müxtəlif rəqəmlər deyilirdi. Bəziləri dünyada 10 min, bəziləri 20 min vulkanın olduğunu deyirdi. Biz artıq 4-cü ildir ki, bu sahədə tədqiqatlar aparırıq. Bu müddətdə 600-ə yaxın xarici ədəbiyyatı, məqalələri ingilis dilindən tərcümə etmişik və həmin məlumatlardan istifadə etmişik. Qabaq bizim məlumatımız belə idi ki, Cənubi Xəzərdə 170 dəniz vulkanı var. Sonra seysmik tədqiqatlar aparıldı, kosmosdan çəkilişlər oldu və nəticədə məlumatlar yeniləndi".A.Əliyev deyib ki, bu gün Cənubi Xəzərdə 230 sualtı palçıq vulkanı, 10 ada vulkanı var. Bu gün dünyadakı palçıq vulkanlarının 344-ü Azərbaycandadır. Onların da 133-ü Xəzərin Azərbaycan hissəsindədir.İnstitutun şöbə müdirinin sözlərinə görə, demək olar ki, bütün qitələrdə palçıq vulkanları var. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanı aşkar edilib. Vulkanların bir çoxu son 10-15 ildə məlum olub. Bundan başqa, Xəzər, Qara, Aralıq dənizlərində suyun dərin qatlarında palçıq vulkanları aşkar edilib.A.Əliyev bildirib ki, 2003-cü ildə Azərbaycanın palçıq vulkanlarının yeni xəritəsi tərtib edildikdən sonra kosmik fotoşəkillərdən istifadə edilərkən bir necə palçıq vulkanı və palçıq vulkanlarının təzahürləri aşkar edilib: "Bu barədə qabaqlar bizim məlumatımız olmayıb. Yeni aşkar edilən vulkanların çoxu gömülmüş vulkanlardır, yerin altındadır. Vaxtilə dənizdə olan palçıq vulkanlarının sayı az olub, sonralar artıb. Lakin quruda olan palçıq vulkanlarının sayı gərək dəyişilməsin".Onun sözlərinə görə, yeni atlas demək olar ki, hazırdır. Böyük həcmdə olacaq bu atlasın 3 dildə - Azərbaycan, rus, ingilis dillərində bu ilin ortalarında çap ediləcəyi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM