Azərbaycan alimləri üçün istirahət zonası yaradılacaq

12:36 | 29.04.2015
Azərbaycan alimləri üçün istirahət zonası yaradılacaq

Azərbaycan alimləri üçün istirahət zonası yaradılacaq

"AMEA Azərbaycan alimlərinin rahat şəkildə istirahəti üçün Şamaxıda xüsusi zona yaradacaq”.

 "Report” xəbər verir ki, bunu Akademiyanın prezidenti Akif Əlizadə qurumun illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, alimlərlə bağlı bu məsələ dövlət tərəfindən dəstəklənərək həllini tapıb: "Şamaxının Pirqulu qəsəbəsində alimlər üçün istirahət zonası yaradılacaq və alimlər orada istirahət edə biləcəklər”.

AMEA prezidenti onu da əlavə edib ki, "Alimlər şəhərciyi”nin tikilməsi barədə razılıq da əldə olunub: "Bu məsələ Prezident İlham Əliyevlə görüşdə də müsbət qarşılanıb. Alimlər üçün şəhərciyin tikilməsi işinə dövlət başçısı tərəfindən dəstək göstərilir və bu istiqamətdə mühüm işlər görülür”.
A.Əlizadə, həmçinin Akademiyanın dörd aya yaxındır yeni Nizamnamə ilə fəaliyyət göstərdiyini xatırladıb: "Bu islahatlar çərçivəsində mühüm istiqamətdə işlər başlayıb. İndiyə kimi büdcə maliyyəsi institutlara paylanırdı və onlar müxtəlif miqdarda maliyyə əldə edə bilirdilər. Artıq bu ildən institutları maliyyələşdirmək mexanizmindən proqramları maliyyələşdirmək mexanizminə keçdik. 40-a yaxın proqram təsdiq edilib və büdcə maliyyələşdirilməsi onlara yönəldiləcək. Bu proqramlar əsasən 2 illik, çox az halda isə 3-4 illikdir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM