• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"Azərbaycan Aqroturizm Assosiasiyası" yaradılıb

02.06.2023 18:30
Kənd Təsərrüfatı Nazirliyi "Şəhərdən Kəndə” layihəsinə qoşulan fermerlərin iştirakı ilə "Azərbaycan Aqroturizm Assosiasiyası" İctimai Birliyinin yaradılmasına dair təsis görüşü keçirib.
 
Görüşdə qurumun, eləcə də Dövlət Turizm Agentliyinin, agentlik yanında Azərbaycan Turizm Bürosunun, "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
 
Görüş zamanı "Azərbaycan Aqroturizm Assosiasiyası"nın yaradılmasına təşəbbüs göstərən fermerlər "Şəhərdən Kəndə” layihəsinin ölkəmizdə aqroturizmin inkişafındakı böyük rolunu və bu layihənin dövlət-özəl sektor əməkdaşlığının uğurlu nümunəsi olduğunu vurğulayıb. Natiqlər ölkəmizin aqroturizm potensialı, hazırkı vəziyyət, inkişaf imkanları və gələcək perspektivləri istiqamətində geniş müzakirələr aparıblar.

Daha sonra Assosiasiyanın yaradılmasına dair təsis sənədləri imzalanı, qurumun yaxın gələcəkdəki fəaliyyət planı və hədəfləri açıqlanıb. Səsvermə yolu ilə Assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və sədr seçilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:03
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Çaylarda sululuq artıb
Cəmiyyət 10:10
Çaylarda sululuq artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol