Azərbaycan Avropa birinciliyində 9 medal qazandı

11:31 | 25.10.2022
Azərbaycan Avropa birinciliyində 9 medal qazandı

Azərbaycan Avropa birinciliyində 9 medal qazandı

Albaniyanın Dürres şəhərində keçirilən ağır atletika üzrə Avropa birinciliyində Azərbaycan  komandası yarışı 9 medal - 3 qızıl, 4 gümüş və 2 bürünc medal - başa vurub. Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib. 


Belə ki, Rəhman Kazımov birdən qaldırma hərəkətində 141 kq-la 9-cu, təkanla qaldırma hərəkətində 190 kq-la 4-cü, toplam 331 kq (141+190) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub. 

Yaraışda "Təhsil RİM - Muğan" təmsilçisi Əli Şükürlü və "Zirvə” İdman Klubunun təmsilçisi Rəhman Kazımov yaşı 20-yə qədər olan idmançılar arasında 109 kq çəki dərəcəsində yarışıblar.

Bundan əvvəl Əli Şükürlü isə birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb. O, təkanla qaldırma hərəkətində 189 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı pillədə qərarlaşıb. Toplam 350 kq (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.

Yarışlar 15-25 oktyabrda Albaniyanın Dürres şəhərində keçirilib. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edib.
 
Günay İbrahimova 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb