Qonşu ölkələrə satış planlaşdırılır.
"Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin "Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq.
Bu barədə Oxu.Az-a "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hazırda layihə üzərində işlər gedir:
"Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlayacağıq” - deyə, N.Əzməmmədov bildirib.
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, yaxın gələcəkdə bu qatarlar qonşu ölkələrə də satıla bilər:
"Başlanğıcda bu qatarlar respublikanın təminatını ödəyəcək, yaxın gələcəkdə isə digər qonşu ölkələrə belə qatarların satışını həyata keçirəcəyik”.
Əzməmmədov zavodun tikintisi üçün kreditlərin cəlb edilməsini də istisna etmir:
"QSC rəhbərliyinin apardığı danışıqların yekununda biz zavodun tikintisi üçün lazım olan maliyyə qaynağının mənbəyini açıqlayacağıq” - deyə, o əlavə edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !