Azərbaycan Avropa Şurasından çıxa bilər

15:43 | 25.06.2015
Azərbaycan Avropa Şurasından çıxa bilər

Azərbaycan Avropa Şurasından çıxa bilər

Aİ-nin (Avropa İttifaqı - red.) bəzi strukturları ilə birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir, "biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter” səhifəsində yazıb.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”, - o qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti