Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib.
Son reytinqdə Ermənistan 3-cü, Rusiya 6-cı, İran 24-cü, Türkiyə 19-cu, Gürcüstan isə 49-cu pillədə yer alıb. BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci sırada qərarlaşıb, Cənubi Koreya ilk "5-liy”i tamamlayıb. "Top-10”a həmçinin Küveyt, İordaniya, Kipr, Yunanıstan və Belarus daxil edilib.
İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir.
Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !