Azərbaycan Avropada birincidir

17:23 | 07.01.2014
Azərbaycan Avropada birincidir

Azərbaycan Avropada birincidir

Azərbaycan əhalinin təbii artımına görə Avropada birinci yerə çıxıb.Oxu.Az abc.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatında 10 il ərzində hər min nəfərə düşən doğum sayının 13,9-dan 18,6-dək artdığı qeyd olunur.Bununla yanaşı, ölüm hallarının sayı isə 6-dan 5,9-dək azalıb. Uşaq ölümü isə hər min nəfərə 18,5-dən 14,5-dək düşüb.Nəticədə, 10 il ərzində hər min nəfərə düşən təbii artım 7,9-dan 12,7-dək artıb ki, bu da Avropada ən yaxşı göstəricidir.Bununla yanaşı, səhiyyəyə ayrılan büdcə vəsaitlərinin həcmi 11 dəfə çoxalıb. 2014-cü ildə bu rəqəm 725 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 8% çoxdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM