Stokholm Sülh Araşdırmalar Mərkəzi (Stockholm International Peace Research Institute – SIPRI) beynəlxalq silahlanma və hərbi texnika bazarının vəziyyəti haqqında növbəti məruzəsini dərc edib.
Oxu.Az təşkilatın məruzəsinə istinadən xəbər verir ki, 2005-2009 və 2010-2014-cü illərdə Avropa ölkələrinin silah idxalı 36% azalıb.
Regionda ən çox silah alan ölkə isə 14% payla Böyük Britaniya olub. Ən çox silah alan ölkələrin sırasında 13%-lik paya malik Azərbaycan isə ikinci olub.
SİPRİ qeyd edir ki, Dağlıq Qarabağa görə Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan 2005-2009 və 2010-2014-cü illərdə silah idxalını 249% artırıb.
Azərbaycana idxal olunan silahların 85%-i Rusiyadan gəlir, SİPRİ qeyd edir.
Eyni zamanda Ermənistanın silah idxalı Azərbaycanın silah idxalının cəmi 4%-ni təşkil edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !