Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) AzVision.az-a verilən məlumata görə, oktyabr 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.
Tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !