Azərbaycan ayaqqabı istehsalını artırdı

17:05 | 24.10.2015
Azərbaycan ayaqqabı istehsalını artırdı

Azərbaycan ayaqqabı istehsalını artırdı

Bu ilin ilk 9 ayında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 70,2 mln. manat həcmində məhsul istehsal edilib.
 
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin yanvar - sentyabr ayları ilə müqayisədə dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 74,1% artım, geyim istehsalında 36,7%, toxuculuq sənayesində isə 67,6% azalma müşahidə olunub.

Statistikaya əsasən, hesabat dövründə 61,2 min cüt üstü dəridən ayaqqabı istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% çoxdur. Ayaqqabı üçün dəri istehsalı da 7,9 dəfə artaraq 404 tona çatıb. Geyim istehsalına gəlincə, üst trikotaj 13,9% azalaraq, 143,5 min ədəd, alt trikotaj 32% azalaraq, 217,0 min ədəd, corab istehsalı 3,3% artaraq, 1 509,3 min cüt, ipəkdən hazırlanan şərf, duvaq və s. 43,1% azalaraq, 87,3 min ədəd təşkil edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM