Azərbaycan hökuməti Ermənistanın işğalından azad edilmiş ərazilərin 2014-cü il dövlət büdcəsi çərçivəsində bərpaya sərf ediləcək vəsaiti müəyyənləşdirdi.Oxu.Az abc.az-a istinadən bildirir ki, azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasının (ARRA) 2014-cü il üçün Dövlət proqramı ölkə hökuməti tərəfindən təsdiqlənib.“Onun çərçivəsində, ARRA tərəfindən realizə edilən layihələrə 46 milyon manat vəsait ayrılıb. Vəsaitin verilməsi yaxın zamanlarda başlaya bilər” – agentlikdən bildiriblər.Bu ayrılmış vəsait hesabına agentlik bir sıra layihələrin realizəsini başa çatdıraraq, yenilərini başlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !