Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 489 milyon dollar (2014-cü il iyunun 30-na) ayrılıb. Bu barədə Trend ARDNF-yə istinadən məlumat verir.Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.Məlumata görə, 2014-cü ilin I yarısında layihənin reallaşdırılmasına Fond tərəfindən 24,9 milyon dollar ayrılıb.
Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !