Azərbaycan balıqlara görə İrana müraciət etdi

14:14 | 13.03.2014
Azərbaycan balıqlara görə İrana müraciət etdi

Azərbaycan balıqlara görə İrana müraciət etdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Xəzərdə kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı İrana rəsmi müraciət edib.APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında DBX rəisi Siyalə Rüstəmova deyib. O bildirib ki, kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı nazirliyin göstərişi olub və DBX dərhal monitorinqlərə başlayıb: "Yaxşı haldır ki, bu günə kimi su hövzələrində balıq ölümlərinə rast gəlməmişik. Sahil boyu yerləşən ərazilərdən mütəmadi olaraq məlumatlar alırıq. Buna baxmayaraq, İran İslam Respublikasına rəsmi müraciət də göndərdik. Onlar bildirdilər ki, Mazandaran sahilində ölüm halları qeydə alınmayıb. Bizdə bu hal müşahidə edilmədiyi üçün heç bir qadağa tətbiq edilməyib".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti