Rusiyanın "Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb.
APA-nın yerli banklardan aldığı məlumata görə, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb.
"Hörmətli müştərilər. Rusiya Bankından "QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !