Azərbaycan bankları hərracda 44,8 milyon dollar alıblar

16:27 | 07.03.2023
Azərbaycan bankları hərracda 44,8 milyon dollar alıblar

Azərbaycan bankları hərracda 44,8 milyon dollar alıblar

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında banklara 44,8 milyon dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
 
Fevralın 28-də hərracda banklar 42.7 mln almışdı.  
 
"Çərşənbə axşamı hərracda banklar tərəfindən tələb 44,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - AMB-dən  bildirilib.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.


Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.


2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb