Azərbaycan bankları hərracda 56,7 milyon dollar alıblar

13:42 | 09.02.2023
Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında banklara 56,7 milyon dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
 
Fevralın 2-də hərracda banklar $27,5 mln almışdı.
 
"Cümə axşamı hərracda banklar tərəfindən tələb 56.7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - AMB-dən  bildirilib.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb