Azərbaycan bankları hərracda 60,3 milyon dollar alıblar

17:25 | 14.03.2023
Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında banklara 60,3 milyon dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Martın 7-də hərracda banklar 44,8 mln almışdı.  
 
"Çərşənbə axşamı hərracda banklar tərəfindən tələb 60,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - AMB-dən  bildirilib.

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.

Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM