Azərbaycan bankları hərracda 96 milyondan çox dollar alıblar

13:29 | 28.03.2023
Azərbaycan bankları hərracda 96 milyondan çox dollar alıblar

Azərbaycan bankları hərracda 96 milyondan çox dollar alıblar

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında banklara 96,3 milyon dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Martın 16-da hərracda banklar 47,9 milyon almışdı.  
 
"Çərşənbə axşamı hərracda banklar tərəfindən tələb 96,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib. Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.", - AMB-dən  bildirilib.

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb