Azərbaycanda bankların aktivləri 1,9% azalıb, mənfəət 16% artıb

11:00 | 26.12.2023
Azərbaycanda bankların aktivləri 1,9% azalıb, mənfəət 16% artıb

Azərbaycanda bankların aktivləri 1,9% azalıb, mənfəət 16% artıb

30 noyabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,5 mlrd manatdan  46,2 mlrd manata kimi azalıb.  Bu barədə  Azərbaycan Mərkəzi  Bankı məlumat verib. 

Eyni zamanda, noyabrda bankların cəmi aktivləri 25,9 milyon manat (oktyabrda artım 616,1 milyon manat) artıb.

Bankların Mərkəzi Bankdakı müxbir hesablarındakı vəsaitlərinin həcmi 11 ayda 44,5% azalaraq 3 milyard 515,5 milyon manat olub.

Noyabrın sonuna bankların kredit portfeli 22 milyard 881,8 milyon manat təşkil edib (2022-ci ilin sonu ilə müqayisədə 16,8% artım qeydə alınıb).

Azərbaycanda bankların ümumi kapitallaşması 6 milyard 12,1 milyon manat (artım 6,9%) olub.

Bankların öhdəlikləri 40 milyard 160,4 milyon manata (azalma 3,1%) bərabərdir. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 50,6 milyon manat (azalma 4,3 dəfə) həcmində qiymətləndirilir. Banklardakı depozit portfeli 33 milyard 225,7 milyon manat (azalma 1,6 faiz), o cümlədən əhalinin əmanətləri 12 milyard 253,5 milyon manat (artım 6,7 faiz) təşkil edib.

Tənzimləyicinin məlumatına görə, yanvar-noyabrda bankların ümumi xalis mənfəəti 997,4 milyon manat (2022-ci ilin 11 ayı ilə müqayisədə 16% artım) həcmində təşkil edib.

Hesabat dövründə bankların faiz gəlirləri 3 milyard 177,7 milyon manat (artım 28,6 faiz), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 336,6 milyon manat (artım 17,2 faiz) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,7 milyon manat (artım 12,8%) olub.

Bankların faiz xərcləri 755,7 milyon manat (artım 27,5%), o cümlədən depozitlər üzrə 536,5 milyon manat (artım 30%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 2 milyard 72,6 milyon manata (artım 23,9 faiz) bərabər olub. 

Yanvar-noyabrda Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 1 milyard 521,2 milyon manat (artım 22,7%)  təşkil edib. 

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 1 milyard 252 milyon manat (artım 18,6 faiz), mənfəət vergisi ödənişləri 254,6 milyon manat (artım 29,5 faiz) səviyyəsində qiymətləndirilir.

30 noyabr 2023-cü il tarixinə Azərbaycanda 23 bank, o cümlədən 9 xarici kapitallı bank (2022-ci ilin sonuna - 10 bank) fəaliyyət göstərmək üçün lisenziyaya malik olub. 

Ümumilikdə bankların 474 filial şəbəkəsi (2022-ci ilin sonu ilə müqayisədə 2,7% azalma) və 86 filialı (2022-ci ilin sonuna 91) fəaliyyət göstərib.  Bu göstəricilərin azalması oktyabrda "Muğanbank” ASC-nin fəaliyyətinə verilmiş lisenziyanın ləğv edilməsi ilə bağlıdır.

Azərbaycanın bank sektorunda 23 354 nəfər çalışır (2022-ci ilin sonu ilə müqayisədə 2,5% artım .
 
Bununla yanaşı, noyabrda bank sektorunda çalışan işçilərin sayı oktyabr ayı ilə müqayisədə 62 nəfər artıb, oktyabrda sentyabrla müqayisədə isə 238 nəfər azalıb. 
 
N.Təbrizli
 
 
 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti