Azərbaycan "Barcelona"-sının oynunda qan su yerinə axdı - VİDEO

09:03 | 20.04.2019
Azərbaycan

Azərbaycan "Barcelona"-sının oynunda qan su yerinə axdı - VİDEO

Dünən İranda Cənubi azərbaycanlıların klubu kimi hesab edilən"Traktor Sazi”-nin "Peykan" (Tehran) komandası ilə növbəti oyunda qarşıdurma yaşanıb.


Buta.media xəbər verir ki, oyun zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.


Buna səbəb isə hakimin açıq-aşkar "Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almaması olub.


Polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.

Məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.


Qeyd edilir ki, "Traktor" 1:0 hesabı ilə oyunu uduzub.


Xatırladaq ki, "Traktor Sazi”nin matçlarında daim Azərbaycana dəstək şüarları səslənir.  Təbrizin "Traktorsazi” futbol komandası azakeşlərin çoxusu azərbaycanlıldır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb