Azərbaycan bayrağı endirilir... Mandela anılacaq

12:42 | 06.12.2013
Azərbaycan bayrağı endirilir... Mandela anılacaq

Azərbaycan bayrağı endirilir... Mandela anılacaq

Futbol üzrə Azərbaycan milli komandasının növbəti oyunundan öncə 1 dəqiqəlik sükut elan olunacaq. Lent.az-ın məlumatına görə, bu qərar Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar verilib.

 

FİFA prezidenti Yozef Blatter bildirib ki, quruma üzv olan 209 ölkənin hamısının əsas yığmaları növbəti oyunlarına 1 dəqiqəlik sükutla başlayacaqlar. Eyni zamanda, FİFA-nın baş ofisində bütün milli federasiyaların bayraqları endiriləcək.

 

Qeyd edək ki, Nelson Mandela 1994 – 1999-cu illərdə CAR prezidenti olub. O, 1993-cü ildə Nobel mükafatına layiq görülüb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM