• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Azərbaycan Belarusdan 153 döyüş tankı alıb

Azərbaycan Belarusdan 153 döyüş tankı alıb
09.12.2013 16:17
Azərbaycan 2002-2012-ci illərdə silah və hərbi-texnika alğı-satqısında Belarusun əsas müştərilərindən olub. APA-nın BMT Adi Silahlar Registrinin məlumatları əsasında apardığı araşdırmaya görə, ötən 10 ildə Azərbaycan Belarusun tank və artilleriya satışında ilk yeri, döyüş təyyarələri satışında üçüncü, zirehli döyüş maşınlarında isə ikinci yeri tutub. Hesabatlara görə, Belarus 2002-2012-ci illərdə xarici ölkələrə 271 ədəd əsas döyüş tankı satıb. Bunun 56,4%-i və ya 153-ü Azərbaycanın payına düşür. Azərbaycanın bu ölkədən satın aldığı tankların hamısı T-72 modeli olub. Hesabatın əhatə etdiyi 10 ildə Belarus Azərbaycandan başqa Yəmənə 80 ədəd T-80 tankı, Uqandaya 23 ədəd T-55 tankı, İrana isə 15 ədəd T-72M1 tankı satıb. Qeyd olunan dövrdə Belarus müxtəlif çaplı 223 ədəd artilleriya sistemi ixrac edib. Bunun 59,1%-i və ya 132 ədədi Azərbaycana satılıb. Ümumilikdə isə Belarus Azərbaycanın son onillikdə ən çox artilleriya sistemləri aldığı ölkələr sırasında Ukraynadan sonra 2-ci yerdə qərarlaşıb. Azərbaycanın bu ölkədən aldığı artilleriya sistemlərinin 120 ədədini D-30 topu, 12 ədədini 203 mm çaplı 2S7 «Pion» özüyeriyən haubitsalar tutub. Azərbaycanla yanaşı, Belarus Ermənistana 10 ədəd D-30 topu, Eritreyaya 9 ədəd D-30 topu, Sudana 46 ədəd artilleriya sistemi (24 ədəd D-30, 10 ədəd 122 mm 2S1, 10 ədəd 122 mm 9P138, 2 ədəd 122 mm BM-21), Kot-d-İvuara 26 ədəd (6 ədəd 122 mm BM-21, 10 ədəd 82 mm BM-37, 10 ədəd 120 mm 2S12) satıb. 2002-2012-ci illərdə rəsmi Minsk 66 ədəd döyüş təyyarəsinin ixracını gerçəkləşdirib. Hesabat dövründə Belarus Suriyaya 33 ədəd MiQ-23, Sudana 15 ədəd Su-25, Azərbaycana 11 ədəd Su-25, Kot-d-İvuara 4 ədəd Su-25, Əlcəzairə 2 ədəd MiQ-29, İngiltərəyə isə 1 ədəd Su-27 satıb. Son onillikdə 181 ədəd ZTR və piyadaların döyüş maşının ixracını reallaşdıran Belarusun siyahısında ill yeri 89 ZTR ilə Sudan (12 ədəd BTR-70, 60 ədəd BRDM-2, 7 ədəd BTR-80, 10 ədəd BMP-1) tutub. Sonrakı yerlərdə isə 60 ədəd BTR-70 ilə Azərbaycan və 32 ədəd ZTR ilə Kot-d-İvuar (13 ədəd BMP-1, 13 ədəd BRDM-2, 6 ədəd BTR-80) qərarlaşıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici ticarət balansını artırıb
İqtisadiyyat 17:54
Azərbaycan xarici ticarət balansını artırıb
Azərbaycan yanvarda nə qədər qaz ixrac edib? - Rəsmi
İqtisadiyyat 17:35
Azərbaycan yanvarda nə qədər qaz ixrac edib? - Rəsmi
ASCO ötən il daşınan sərnişin sayını açıqlayıb
İqtisadiyyat 15:53
ASCO ötən il daşınan sərnişin sayını açıqlayıb
Naxçıvanda 550 "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 15:20
Naxçıvanda 550 "ASAN İmza" sertifikatı verilib
ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri
Bakıda bir araya gəldi
İqtisadiyyat 13:21
ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri Bakıda bir araya gəldi
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb
İqtisadiyyat 12:56
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb
Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri açıqlanıb
İqtisadiyyat 12:33
Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri açıqlanıb
Birjalarda "Bitkoin"ucuzlaşıb
İqtisadiyyat 11:12
Birjalarda "Bitkoin"ucuzlaşıb
Ölkədə qara kürü ixracı artıb
İqtisadiyyat 10:46
Ölkədə qara kürü ixracı artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol